“İstər fiziki, istərsə də taktiki baxımdan daha yaxşı səviyyəyə gəlmişik”
29.01.2013 - 12:33
“İstər fiziki, istərsə də taktiki baxımdan daha yaxşı səviyyəyə gəlmişik”
“Hazırlığın ilk günündən məşqlərdə maksimum qüvvə sərf edirik. İstər fiziki, istərsə də taktiki baxımdan daha yaxşı səviyyəyə gəlmişik. Düşünürəm ki, bu göstəriciləri hazırlığı sonuna kimi daha da artıracağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Netftçi”nin futbolçusu İqor Mitreski deyib.

Antalya hazırlığını davam etdirən "ağ-qaralar"ın müdafiəçisi təlim-məşq toplanışının gedişi və hədəfləri barədə fikirlərini klubun rəsmi saytına danışıb: “Qarşıda daha 2 matçımız var. Bu oyunlar yoxlama xarakteri daşıyır. Əsas odur ki, hər kəs bu qarşılaşmalarda çıxış etmək şansı qazanır. Bizim üçün vacib olan ölkə çempionatı və kubokudur. Hər iki mükafatı qazanmaqda israrlıyıq”.