“Qəbələ” Mustafa Dabo ilə 6 aylıq müqavilə bağlayacaq
29.01.2013 - 15:20
“Qəbələ”nin Antalyadakı toplanışını tərk edərək İstanbula Acıbadem Xəstəxanasına gedən 3 legioner tibbi baxışdan uğurla keçib. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, seneqallı hücumçu Mustafa Dabo, sloveniyalı yarımmüdafiəçi Luka Jinko və nigeriyalı müdafiəçi İfeanyi Emeqara ilə Bakıya qayıtdıqdan sonra müqavilə bağlanılacaq.
Klubun vitse-prezidenti Fariz Nəcəfovun sözlərinə görə, Dabo ilə 6 aylıq müqavilə bağlanılacaq: “Əgər futbolçu mövsümün sonuna kimi özünü doğrultsa, daha 1 illik yeni müqavilə bağlanması istisna olunmur. Jinko ilə Emeqara ilə isə müqavilənin müddəti Bakıda olarkən müzakirə olunacaq“.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0