Lixtenşteyn yığması millimizlə oyuna türk əsilli futbolçular çağırdı
29.01.2013 - 15:50
Lixtenşteyn yığması millimizlə oyuna türk əsilli futbolçular çağırdı
Lixtenşteyn yığması Azərbaycan millisi ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoldaşlıq görüşünə heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, fevralın 6-da Azərbaycan milli komandası ilə matça 18 futbolçu çağırılıb. Onlar arasında türk əsilli Çengiz Biçer, Olcay Gür də var.

Qapıçılar: Peter Yele, Çengiz Biçer

Müdafiəçilər: Olcay Gür, Daniel Kaufmann, Yves Oehri, İvan Kintans, Martin Ştoklaza, Frants-Yozef Foqt

Yarımmüdafiəçilər: Frants Burqmayer, Andreas Kristen, Erne Filipp, Nikolas Hasler, Mişel Polverino, Sandro Vizer

Hücumçular: Tomas Bak, Matias Kristen, Mario Frik, David Hasler

Qeyd edək ki, yığmamız Dubayda ilk oyununu fevralın 1-də Özbəkisatna keçirəcək.