“Bunu geriyə addım saysaydım, “Bakı”ya keçməzdim” – MÜSAHİBƏ
29.01.2013 - 17:06
“Bakı”nın gürcüstanlı futbolçusu Georgi Popxadzenin apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Türkiyədə yekunlaşan təlim-məşq toplanışını necə qiymətləndirərdiniz?
- Bütün futbolçular yüz faiz səylə çalışdı. Komandamızda yaxşı atmosfer var. Yeni futbolçular gəldi, hamımız bir ailə kimiyik. Şükür Allaha ki, zədəli futbolçumuz olmadı. Fikrimcə, hər şey yaxşı olacaq. Məndə belə hissiyyat var.
- Yəni “altılığ”a düşə biləcəyinizi hiss edirsiniz?
- Əlbəttə. Bizim ehtiyatda hələ 1 oyunumuz var. “Turan”la həmin oyunda qalib gəlsək, turnir cədvəlində vəziyyətimizi bir qədər yaxşılaşdıracağıq. Bu zaman “altılığ”a düşmək elə də çətin olmayacaq. Düzdür, bunu asan iş da saymaq olmaz. “Bakı” hər oyunda qalib gələ bilsə, “altılığ”a düşəcək.
- Əks təqdirdə, bütün diqqətinizi ölkə kubokuna yönəldəcəksiniz...
- Məncə, indidən bu haqda düşünməməliyik. Ürəyində fikirləşməlisən ki, biz “altılığ”a düşmək və eyni zamanda ölkə kuboku uğrunda oynayırıq və istəyimizə nail olacağıq. “Bakı” “altılığ”a düşmək gücündədir. Çünki bizim yaxşı futbolçularımız var. Hamımız məşqlərdə yaxşı işləyirik.
- Artıq 6 aydır ölkəmizdə oynayırsınız. Təəssüratlarınız necədir?
- Yaxşı. Azərbaycan çempionatı haqda fikirlərim yaxşıdır. Burada səviyyəli futbolçular oynayır. Azərbaycan klubları hər il Avropada yaxşı çıxış etməyə çalışır.
- Bəs öz oyununuzdan nə dərəcədə razısızın?
- Elə də razı qalmadım. Çünki çox matçlarda oynamadım. 7-8 oyun keçirdim. Zədəm oldu. Ancaq bu, arxada qalıb və irəliyə baxmaq lazımdır.
- Komandaya sol cinah müdafiəçisi lazımdır və əsas heyətdə yerinizi möhkəmlətməlisiniz...
- Əlbəttə. Komandamızda yaxşı futbolçular olduğundan, yaxşı işləməliyik. Hamı bilir ki, mən necə işləyirəm. Rəqabət yaxşı şeydir. Çünki sənin arxanca oyunçu gəlir və bilirsən ki, hər gün çox işləməlisən.
- Siz “Bakı”ya gələnə “Şturm”un heyətində Avroliqanın qrup mərhələsində oynamısınız. Avstriya ilə ölkəmiz arasında necə müqayisə aparırdınız?
- Avstriya Avropanın 2-3 ən gözəl yerlərindən biridir. Yaxşı komandaları var, futbol atmosferi gözəldir. Futbola azarkeşlər edənlər çoxdur. Hər oyuna 30 min nəfər gəlir. Azərbaycanda isə stadionları azarkeşlərin az gəlməyi yaxşı hal deyil. Çempionatınıza yaxşı futbolçular gəlir və insanları arenalara cəlb etmək lazımdır. Mən Avstriyadan sonra Azərbaycanda oynamağı karyeramda geriyə doğru addım saymıram. Saysaydım, “Bakı” ilə müqavilə bağlamazdım. Mənim Avropada yaxşı variantlarım olsa da, “Bakı”nı seçdi.
- Əsas nəyə görə?
- Çünki iddialı kluba gəlmişəm və “Bakı”nı yaxşı variant sayıram. Vitse-prezidentimiz Zeynal Məmmədovla söhbətim oldu. O, mənə komanda, planları, gördükləri iş, stadion haqda məlumat verdi. Məmmədovun dedikləri diqqətimi çəkdi və bundan sonra seçimimi edərək, “Bakı” ilə anlaşdım. Bu, 1 illikdir və mövsümün sonunda bitəcək.
- Bəs bundan sonra haqda nə düşünürsünüz?
- İnşallah. Açığı, hələ müqavilə yox, “Bakı” çıxışı haqda düşünürəm. Əgər komanda yaxşı oynayırsa, irəli gedəcəyik. Mən hələ gəncəm, 26 yaşım var. 6-7 il yüksək səviyyədə oynaya bilər. Əgər yaxşı işləsəm, hər şey yaxşı olacaq.
- Hər halda, Gürcüstanın Azərbaycanla qonşu, yaxşı münasibətdə olmağı da seçiminizə təsir etdi...
- Əlbəttə, bu, mənə çox kömək oldu. Qafqaz ölkələrinin mentaliteti birdir. Mən Azərbaycanda özümü yaxşı, rahat hiss edirəm. Məsafə yaxın olduğundan, hər ay valideynlərimi gedib görə bilirəm. Mən karyeramda vətənimdə yalnız bir dəfə oynamışam, o da 6 ay.
- Siz gürcü futbolçular Avropa klublarında çox olsanız da, bizimkilər gedə bilmirlər. Bu, səviyyə fərqinin böyük olmağı ilə bağlıdır?
- Gürcüstanda agentlər çox yaxşı işləyir. İstedadlı gəncləri dərhal Avropanın aparıcı klublarına aparırlar. Azərbaycanda uşaq futbol məktəblərinə diqqətin artırılmağı vacibdir. Bu mənada “Bakı”nın Madrid “Atletiko”su ilə əməkdaşlığı təqdirəlayiqdir. Bütün bunların nəticəsini görmək üçün vaxt lazımdır. Fikrimcə, 4-5 ildən sonra Azərbaycandan Avropada oynaya bilən yaxşı istedadlı futbolçular olacaq. İndi də yaxşı öz oyunçularınız var. Elə “Bakı”da belə gənc futbolçular yer alıb.
Mehman SÜLEYMANOV

0
0