Bu gün millimiz Dubaya yollanır
29.01.2013 - 17:50
Bu gün Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinə yollanır. Apasport.az saytının məlumatına görə, yığmamız ardıcıl 3-cü il yanvarın sonunda Dubaya təlim-məşq toplanışına gedir. Nümayəndə heyətimiz saat 18:30-da səfərə çıxacaq.
Ancaq klubların çoxu Antalyada təlim-məşq toplanışında olduğundan, millimiz Bakıdan tam heyətlə gedə bilmir. Belə ki, paytaxtımızdan səfərə cəmi 6 futbolçu çıxır. Bunlar Antalyadan dünən qayıdan “Bakı”nın futbolçuları Elvin Məmmədovla Rauf Əliyev, “Xəzər Lənkəran”ın toplanışını yığmaya görə tez tərk edən Rahid Əmirquliyev, burda hazırlıq keçən “Sumqayıt”ın futbolçuları Səlahət Ağayevlə Rərdis Fərcad-Azad və Türkiyənin “Adana Dəmirspor” klubundan gələn Cavid Hüseynovdur. Bakıdan gedən 15 nəfərlik nümayəndə heyətində AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov da yer alıb.
Millimizin almaniyalı baş məşqçisi Berti Foqts və onun həmyerliləri olan köməkçiləri, habelə Antalyada hazırlıq keçən klubların futbolçuları birbaşa Dubaya gələcəklər. Ancaq onlar arasında “Rubin”ə keçidi gündəmdə olan müdafiəçi Ruslan Abışov yer almayacaq. Belə ki, Almaniyada burnundan əməliyyat olunacaq futbolçunun bərpa prosesinə 1 həftə lazımdır. Bu üzdən Ruslanın fevralın 7-dək davam edəcək Dubay toplanışında iştirak edə bilməyəcəyi haqda Foqts məlumatlandırılıb.
Millimizə sonradan çağırılan hücumçu Cihan Özkara isə fevralın 1-də Özbəkistan yığması ilə oyunda meydana çıxa bilməyəcək. Buna səbəb onun heyətində yer aldığı Türkiyənin “Sivasspor” klubu ilə yanvarın 31-də ölkə kubokunun oyununun olmağıdır. Bundan sonra Dubaya gələcək Cihan millimizin fevralın 6-da Lixtenşteyn yığması ilə yoldaşlıq görüşünə hazırlığına qatılacaq.
Qeyd edək ki, millimizin Dubay toplanışına 22 futbolçu qatılacaq.

0
0