“Neftçi”nin 4 futbolçusu hazırlığı tərk etdi
29.01.2013 - 18:00
“Neftçi”nin 4 futbolçusu hazırlığı tərk etdi
"Neftçi"nin 4 futbolçusu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı tərk edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qapıçı Emil Balayev, yarımmüdafiəçilər Rəşad Sadiqov, Cavid İmamverdiyev və Eşqin Quliyev milli komandamızın düşərgəsinə yollanıb.

Onlar yığmamızın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən təlim-məşq toplanışına qatılacaq. Millimizin orada sabah başlayacaq hazırlığı fevralın 6-dək davam edəcək.

Qeyd edək ki, millimiz Dubayda fevralın 1-də Özbəkistan, 6-da Lixtenşteynlə yoldaşlıq görüşü keçirəcək.