“Adamiya Azərbaycanda oynayan ən yaxşı gürcü futbolçudur”
29.01.2013 - 18:24
“Georgi Adamiya həm Azərbaycanda, həm də Gürcüstanda çox populyar futbolçudur”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında “Bakı”nın gürcüstanlı futbolçusu Georgi Popxadze deyib. Sol cinah müdafiəçisi 2005-ci ilin qışından Azərbaycanda çıxış edən həmyerlisi, adaşı Georgi Adamiyanın oyununu bəyəndiyini bildirib.
Gürcüstan milli komandasının üzvü olan Popxadzenin sözlərinə görə, digər həmyerlisi, artıq futbolçu karyerasını bitirərək, “Qəbələ”nin məşqçisi olan Badri Kvaratsxeliya da öz sözünü deyib: “Adamiya yaxşı futbolçu, yaxşı insandır. Mən düşünürəm ki, o, Azərbaycanda oynayan ən yaxşı gürcü futbolçudur. Düzdür, Kvaratsxeliyanın da necə yaxşı oynadığını bilirəm. O, Azərbaycan pasportuna malik olduğundan, milli komandanızda da oynayıb. Kvaratsxeliyanı da Adamiya kimi ölkənizə gələn ən yaxşı hücumçulardan biri sayıram”.
Mehman SÜLEYMANOV

0
0