“Bizim üçün vacib olan ölkə çempionatı və kubokudur”
29.01.2013 - 20:15
“Hazırlığın ilk günündən məşqlərdə maksimum qüvvə sərf edirik”. Apasport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi İqor Mitreski deyib. O, klubun saytına açıqlamasında “ağ-qaralar”ın Antalyadakı hazırlığını dəyərləndirib.
Mitreski "Neftçi" üçün əsas vacib olan ölkə çempionatı və kubokun qazanılması olduğunu vurğulayıb:
“İstər fiziki, istərsə də taktiki baxımdan daha yaxşı səviyyəyə gəlmişik. Düşünürəm ki, bu göstəriciləri hazırlığı sonuna kimi daha da artıracağıq. Qarşıda daha 2 matçımız var. Bu oyunlar yoxlama xarakteri daşıyır. Əsas odur ki, hər kəs bu qarşılaşmalarda çıxış etmək şansı qazanır. Bizim üçün vacib olan ölkə çempionatı və kubokudur. Hər iki mükafatı qazanmaqda israrlıyıq”.

0
0