“Tərəqqi” rəqiblərini Şəmkirdə qəbul edəcək
29.01.2013 - 20:40
Futbol üzrə Azərbaycan I divizionunda çıxış edən Gəncənin “Tərəqqi” klubu ev oyunlarını Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə PFL-ə müvafiq məktubla müraciət edən “Tərəqqi” səbəb kimi Gəncə şəhər stadionunun ot örtüyünün bərbad, tamaşaçı sektorlarının isə qəzalı vəziyyətdə olmasını göstərib.
PFL klubun müraciətini müsbət cavablayıb.
Mənbə: pfl.az
PFL klubun müraciətini müsbət cavablayıb.
Mənbə: pfl.az
0
0