“Qəbələ” “Anji”nin sabiq müdafiəçisini alır
29.01.2013 - 21:51
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” baxışda olan daha bir futbolçunu tibbi müayinəyə göndərməyə hazırlaşır. Apasport.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının məlumatına görə, son 3 yoxlama oyununda müdafiənin sağ cinahında yer alan serbiyalı Nikola Valentiç baş məşqçi Ramiz Məmmədovun xoşuna gəlməyə başlayıb.
Böyük ehtimalla, “Qəbələ” artıq sabah keçiriləcək “Styaua” ilə oyundan sonra Valentiçi İstanbula tibbi baxışa göndərəcək. Nikola Rusiyada “Anji”, “Alaniya” və “Sibir”dəki çıxışları ilə tanınır. Xüsusi istedadı ilə seçilməyən rumıniyalı Vasile George isə gözlənildiyi kimi vətəninə geri qayıdacaq.
Qeyd edək ki, “Qəbələ” Antalya təlim-məşq toplanışı zamanı rumıniyalı Kristian Pulhakı, seneqallı Mustafa Dabonu, sloveniyalı Luka Jinkonu və İfeanyi Emeqaranı bəyənərək sıralarına qatıb. Bu 4 futbolçu ilə müqavilələr Bakıda bağlanacaq.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0