FİFA və UEFA futbol mövsümünü dəyişdirə bilər
29.01.2013 - 23:01
FİFA və UEFA futbol mövsümünü dəyişdirə bilər
“Bavariya”nın prezidenti Karl Hayns Rummenigge çempionatların təqvimlərinin dəyişikliyi ilə bağlı olaraq maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, klub rəhbəri hazırda FİFA və UEFA rəsmilərinin bu məsələyə ciddi yanaşdığını bildirib: “Mən hesab edirəm ki, qar və şaxtada futbol oynamaq son dərəcə məntiqsizdir. Ola bilsin ki, tamamilə yay fasiləsi ləğv edilsin. FİFA və UEFA çempionatların təqvimlərinin dəyişiklik variantına ciddi olaraq baxırlar. Buna əsasən mövsüm yanvarda başlayıb payızda (noyabr) başa çata bilər”.