Kərim Benzema: Bu, dünyanın ən yaxşı qarşılaşmalarından biridir
29.01.2013 - 23:40
Kərim Benzema: Bu, dünyanın ən yaxşı qarşılaşmalarından biridir
Sabah İspaniya Kral kubokunun yarımfinal qarşılaşmasının ilk matçında “Barselona” ilə qarşılaşacaq “Real”ın hücumçusu Kərim Benzema oyundan öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu jurnalistlərin suallarını cavablandırıb.

O, Madrid təmsilçisinin qələbə qazanacağına inandığını və “El Klassiko”nun dünyanın ən yaxşı qarşılaşmalarından bir olduğunu vurğulayıb:

“Oyunun favoriti “Barselona” deyil. Lakin bu bizim üçün bir az çətin olacaq. Amma onları məğlub etmək üçün hazırıq. Hər mövsüm Kataloniya klubu qarşısında daha yaxşı oynayırıq və indi də bu matça çox yaxşı hazırlaşmışıq. Bu dünyanın ən yaxşı qarşılaşmalarından biridir. “Santiaqo Bernabeu” stadionundakı atmosfer olduqca yüksək olacaq. Edə biləcəyimiz ən yaxşı şey qazanmaq və bacardığımız qədər də qol vurmaq olacaq”

Qeyd edək ki, “Real” – “Barselona” matçı sabah saat 00:00-da başlayacaq.