Balotelli rəsmən “Milan”da
30.01.2013 - 00:03
Balotelli rəsmən “Milan”da
"Mançester Siti"nin hücumçusu Mario Balotellinin "Milan"a keçidi rəsmiləşib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, ingilis klubunun 24 milyon avroya satmaq istədiyi 22 yaşlı futbolçunu milanlılar 20 milyon avroya transfer edib.

Balotelli tibbi müayinədən keçdikdən sonra Milan təmsilçisi ilə 4.5 illik müqavilə imzalayıb. O, komandanın heyətində 9 nömrəli formada çıxış edəcək. Forvard isə “rossonyerlər”dən ilinə 4 milyon avro maaş alacaq.

Qeyd edək ki, Mario ötən gün "Mançester Siti"nin sonuncu məşqindən sonra komanda yoldaşları və məşqçi heyəti ilə vidalaşaraq Milana yollanmışdır.