Devid Bekhem “Arsenal”ın heyətində
30.01.2013 - 00:26
Amerika MLS liqası təmsilçisi “Los Anceles Qalaksi”dən ayrıldıqdan sonra hər hansı bir komanda ilə razılığa gələ bilməyən Devid Bekhem “Arsenal”ın heyətində məşqlərə çıxır. Apasport.az-ın məlumatına görə, “topçular”ın baş məşqçisi Arsen Venger FIFA-nın rəsmi saytına bu barədə açıqlama verib.
O, 37 yaşlı yarımmüdafiəçinin formada qalmaq istədiyi üçün London klubunun heyətində yalnız məşq etdiyini ifadə edib:
“Bekhem uzun müddətdir məşq etmir. O, yalnız formada qalmaq üçün bizimlə bir yerdədir. Devidin transferi və ya başqa bir şey mövzusunda fərziyyəyə ehtiyac yoxdur”.
Qeyd edək ki, Bekhemə bir neçə klublardan təklif gəlsə də o, hələ qərarını açıqlamaq istəmədiyini bildirmişdir.

0
0