Burkina-Faso ilə Nigeriya play-offda
30.01.2013 - 01:02
Burkina-Faso ilə Nigeriya play-offda
Afrika Millətlər Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin on birinci oyun günündə C qrupu çərçivəsində son iki matç baş tutub.

Burkina-Faso yığma komandası Zambiya millisi ilə münasibətlərinə aydınlıq gətirib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Bu heç-heçə Burkina-Fasonu play-offa yüksəldib. Onun növbəti mərhələdə rəqibi ya Toqo, ya da Tunis olacaq. Son çempion Zambiya isə qrupda qalıb.

Günün digər görüşündə Efiopiya ilə Nigeriya üz-üzə gəlib. İkincilər rəqibini 0:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçib. Burada isə onlar Fil Dişi Sahili milli komandası ilə qarşılaşacaq.


Afrika Millətlər Kuboku

C qrupu

29 yanvar

Burkina-Faso – Zambiya 0:0

Efiopiya – Nigeriya 0:2
Moses, 80; 90