Yığmamız Türkiyə klubunu məğlub etdi
30.01.2013 - 02:02
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “Muradpaşa Bələdiyyəspor” klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbə qazanıb. Türkiyə təmsilçisinin qapısından 2 topu Roman Hüseynov keçirib. 1 dəfə isə Şahban Cəbrayılov fərqlənib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0