“Əslində, nəticə məni çox maraqlandırmırdı”
30.01.2013 - 02:18
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə “Muradpaşa Bələdiyyəspor” klubunun U-17 komandası arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Nikolay Adam fikirlərini affa.az saytına bildirib. Apasport.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı millimizin qələbəsi ilə bağlı bunları şərh edib:
“Üç qol vurmağımız məni sevindirir. Rəqiblərimizin zəif olmasına baxmayaraq, Antalyada keçirdiyimiz iki qarşılaşmada 6 qol vurmağımız yaxşı nəticədir. Üstəlik, bu qolları 4 futbolçu vurub. Yəni komandada “vuran ayağ”ımız çoxdur. Əslində, nəticə məni çox maraqlandırmırdı. Bəzi yenilikləri sınadım. 4 yeni futbolçuya şans verdim. Sanki heyət üzvləri arasında meydanda yarış qurmuşduq. Top rəqibdə olan zaman futbolçularımın davranışı, meydandakı hərəkəti xoşuma gəlmədi. Rəqibə çox şans yaradırıq. Həm də uşaqlar oyun zamanı meydanda sərbəst olmurlar. Bunların üzərində işləyəcəyik”.

0
0