Millimiz Rusiya klubu ilə bərabərə qaldı
30.01.2013 - 02:25
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Anji” klubunun əvəzedici heyətinə qarşı keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Vəkil Talıbov fərqlənib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0