“İnter”in ilk qələbəsi - YENİLƏNİB
30.01.2013 - 18:44
“İnter”in ilk qələbəsi - YENİLƏNİB
Türkiyədə təlim-məşq toplanışı keçirən "İnter" bu gün 4-cü yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” alman klubları “Aalen”lə (1:1), “İnqolştadt”la (1:3), Ukrayna "Metallurq"u (0:0) ilə qarşılaşmanın ardından Qazaxıstanın "Ordabası" komandası ilə üz-üzə bakılılar bununla da ilk qələbəsini qazanıb. “Ordabası” başa çatan Qazaxıstan çempionatını 7-ci pillədə başa vurub.


17:00. "İNTER" (AZƏRBAYCAN) - "ORDABASI" (UKRAYNA) - 2:0
QOLLAR: Samir Zərgərov, 1, Momar Ndaye, 22

“İnter” ilk hücumdaca hesabı açıb. Samir Zərgərov erkən qolun müəllifi olub.
Bundan az sonra bakılılar azlıqda qalıb. Hücumçu Baçana Sxadadze hakimi söydüyü üçün qırmızı vərəqə alıb.
Bu zamanda meydanda qalmaqal düşüb. Futbolçunun atası, eyni zamanda komandanın baş məşqçisi olan Kaxaber Sxadadze oğlunu sakitləşdirməyə başlayıb.
Yeni transfer Yuri Fomenkoya qarşı qayda pozuntusuna görə penalti təyin olundu. Baxışa gələn Seneqal əsilli fransalı futbolçu Momar Ndaye 2-ci qolu vurdu.
“İnter”in qapıçısı Georgi Lomaya ilk hissənin sonuna 2 dəqiqə qalmış ustalığını göstərib. O, rəqibin penaltisini məharətlə dəf edib.