“Qəbələ” Rumıniya klubunu məyus etdi - YENİLƏNİB
30.01.2013 - 23:25
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” “Petrolul”dan sonra ardıcıl ikinci dəfə Rumıniya klubu ilə görüşüb.
Bu, 23 dəfə Rumıniya çempionu, 21 dəfə ölkə kubokunun qalibi, 1 dəfə Çempionlar Kubokunu və 1 dəfə də Avropa Superkubokunu qazanan “Styaua”dır.
Qarşılaşma “Qəbələ”nin qələbəsi ilə nəticələnib. Fasiləyə qədər hesabı aça bilməyən “qırmızı-qaralar” istəyinə 77-ci dəqiqədə nail olub. Ramiz Məmmədovun komandasının Antalyadakı üçüncü qələbəsini müəyyənləşdirən qolu isə Dodo vurub.
Qeyd edək ki, “Qəbələ” bundan öncə “İnqolştadt 04” (3:4), “Volın” (2:1), Zaporojye “Metallurq”u (1:1) və “Petrolul”la (2:0) qarşılaşıb.
“QƏBƏLƏ” (AZƏRBAYCAN) – “STYAUA” (RUMINİYA) - 1:0
Qol: Dodo, 77

0
0