“Mançester Siti” autsayderə gücünü göstərə bilmədi
30.01.2013 - 05:37
“Mançester Siti” autsayderə gücünü göstərə bilmədi
İngiltərə Premyer Liqasında 24-cü turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk matç günündə dörd qarşılaşma reallaşıb.

Səfərdə “Aston Villa”nın qonağı olan “Nyukasl” inamlı qələbə qazanıb. Rəqibini 1:2 hesabı ilə üstələyən “sağsağanlar” azarkeşlərini sevindirib.

“Mançester Siti” isə turu xal itkisi ilə başa vurub. Səfərdə autsayder KPR-lə üz-üzə gələn “şəhərlilər” meydandan qolsuz heç-heçə ilə ayrılıb – 0:0.

Digər görüşlərdə də tərəflər xalları yarı bölüb. Belə ki, “Stok Siti” evində “Viqan”la 2:2, “Sanderlend” isə “Suonsi” ilə 0:0 hesablı bərabərə qalıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 24-cü turun oyunlarına bu gün keçiriləcək 6 oyunla yekun vurulacaq.


İngiltərə Premyer Liqası

24-cü tur

29 yanvar

“Aston Villa” – “Nyukasl” - 1:2
Benteke, 49 – Sisse, 19, Kabaye, 31

KPR – “Mançester Siti” - 0:0

“Stok Siti” – “Viqan” - 2:2
Şoukross, 23, Krauç, 48- Makartur, 50, Santo, 61

“Sanderlend” – “Suonsi” - 0:0

30 yanvar

“Arsenal” – “Liverpul”
“Everton” – “Vest Bromviç”
“Norviç” – “Tottenhem”
“Fulhem” – “Vest Hem”
“Mançester Yunayted” – “Sauthempton”
“Ridinq” – “Çelsi”