“Bursaspor” rəhbərliyi Erikssonla görüşəcək
30.01.2013 - 06:48
“Bursaspor” rəhbərliyi Erikssonla görüşəcək
Ərtoğrul Sağlamın istefasından sonra baş məşqçi axtarışına başlayan “Bursaspor” rəhbərliyi Sven-Qoran Erikssonla ilkin razılığa gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Bursa təmsilçisi sabah 2001-2006-cı illərdə İngiltərə milli komandasını çalışdıran 64 yaşlı mütəxəssislə bir araya gələcək.

Dubayın “Əl-Nəsr” komandası ilə texniki məsləhətçilik üçün razılaşan Erikssonun “Bursaspor”un göndərdiyi təklifə də isti münasibət göstərdiyi bildirilir.

Qeyd edək ki, Ərtoğrul Sağlam Türkiyə Superliqasının 19-cu turunda səfərdə “İstanbul BB”yə 1:4 hesabı ilə uduzduqdan sonra keçirdiyi mətbuat konfransında istefa verdiyini açıqlamışdır.