“Timişioara” “Neftçi”ni də məğlub etdi - YENİLƏNİB
30.01.2013 - 21:00
“Timişioara” “Neftçi”ni də məğlub etdi  - YENİLƏNİB
Bu gün “Neftçi” Antalyada 5-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu Rumıniyanın “Timişioara” klubu ilə üz-üzə gəlib.

Ötən həftəsonu “Xəzər Lənkəran”a 0:2 hesabı ilə qalib gələn rumınlar, bu dəfə də “ağ-qaralar”ı məğlub etməyi bacarıb – 1:2.

Qeyd edək ki, “Neftçi” bunadək keçirilən sınaq matçlarında Rusiyanın “Rotor” (1:0) və “Amkar” (0:4), Qazaxıstanın “Aktobe” (3:2), Makedoniyanın “Turnovo” (2:1) klubu ilə üzləşib.

“Neftçi” (Azərbaycan) – “Timişioara” (Rumıniya) 1:2
Qol: Kanales, 55