İstirahət bitdi, məşqə davam
30.01.2013 - 12:36
Yanvarın 27-də “Neftçala” ilə yoxlama oyunundan sonra istirahətə buraxılan “Kəpəz” yenidən bir araya gəliblər. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandaya 2 gün dincəlmək imkanı yaradan baş məşqçi Mahmud Qurbanov yetirmələrini “Dalğa Arena”da başına toplayıb. “Kəpəz” bu gündən Bakıda təlim-məşq toplanışının növbəti mərhələsinə başlayıb.
0
0