“İndidən gələcəyin komandasını qurmaq lazımdır” – MÜSAHİBƏ
30.01.2013 - 14:10
”Rəvan”ın serbiyalı yeni futbolçusu Miloş Adamoviç klubunun rəsmi saytına müsahibəsi
- İlk öncə rəsmi müqavilə ilə əlaqədar sizi təbrik edirik. Hansı hisslər keçirirsiniz?
- Özümü xoşbəxt sayıram. Karyeramda yeni səhifə açılır. Mənə etimad göstərdiyinə görə rəhbərliyə və şəxsən baş maşqçi Ramil Əliyevə minnətdaram. Onların etimadını artıqlamasıyla doğrultmağa çalışacam.
- Eyni zamanda yeni komandanda artıq qol hesabını açdığınıza görə də təbrik düşür...
- Təbriklərə görə sağ olun. Deyim ki, mənə doğma mövqe dayaq yarımmüdafiəçisidir. Bu üzdən karyeramda elə də çox qol vurmamışam. Sadəcə, bu mənim vəzifəm deyildi. Ancaq "Qaradağ Lökbatan”la oyunun ikinci hissəsində bir qədər irəlidə, hücumçunun arxasında çıxış etdim. Belədə hücumlara daha çox qoşula bilirdim. Qol epizodunda mənə əla ötürmə verən Sumaya da minnətdaram.
- "Rəvan”dakı gələcəyini necə görürsünüz?
- İnşallah, hər şey yaxşı olacaq. Müqavilə müddəti 1,5 illik olsa da, burda daha çox qala biləcəyimi hiss edirəm. Gərək məşqlərdə üzərimdə səylə çalışıb komandaya yardım etmə qabiliyyətimi daha da artırım. Əlbəttə, futbolda uzunmüddətli plan qurmaq olmur. Ancaq "Rəvan”da hər şeyin mənim üçün uğurlu olacağını hiss edirəm. Artıq cari mövsüm komandaya tam uyğunlaşmaq istəyirəm.
- Cari mövsüm ilk "altılığ”a düşə biləcəyik?
- Bir qədər çətin sualdır. Son matçlardakı uğursuzluqlar komandanı xeyli geri salıb. İlk "altılığ”a düşmək mümkün, amma çox çətindi. Ən azından ikinci "altılığ”ı yüksək yerlərdə bitirmək lazımdır. Məncə, indidən gələcəyin komandasını qurmaq vacibdir. Cari mövsüm avrokuboklara vəsiqə qazanmasaq belə, ruhdan düşmək lazım deyil. Növbəti mövsümdən isə əvvəlcə ilk "altılıq”, ardınca da avrokuboklar uğrunda mübarizə aparmaq olar.
- Təxminən 2 il əvvəl Moldova "Şerif”inin heyətində Avropa Liqasının qrup mərhələsində iştirak etmisiniz. "Rəvan”ı o turnirdə nə vaxt görə bilərik?
- Bildiyim qədəriylə komandamız yenidir. 3-4 ildi yaradılıb. Uğur birdən-birə olmur. Bunun üçün səylə çalışmaq lazımdır. Klub rəhbərliyinin yürütdüyü siyasətə baxanda perspektiv görürəm. Yəni bir az səbr etmək lazımdır. Məncə, yaxın 1-2 ildə Azərbaycanda heç bir klubdan zəif olmayacağıq.
- Fiziki hazırlıq üzrə yeni məşqçimiz barədə nə düşünürsünüz?
- Hazırda "Benfika”da çıxış edən Nemanya Matiçlə Serbiyanın U-21 millisindən tanışam. Matiç "Koşitse”də olarkən Svitskinin məşqlərini görüb. Ondan bu haqda soruşanda məşqçini yalnız təriflədi. Elə mən də onun təxminən bir həftədir keçdiyi məşqlərə əsasən yalnız tərif söyləyə bilərəm.
- Maraqlıdır, bura gələnə qədər kimdənsə məsləhət almısınız?
- Bəli. Klubdan zəng vurub maraqlanandan sonra mən də dostlarım, tanışlarımla əlaqə saxladım. Nemanya Vidakoviçi çoxdan tanıyırdım. Ona zəng elədim. "Rəvan”a gəlməyimi məsləhət gördü. Veseliko Trifunoviç isə yaxın dostumdur. O, mənə birbaşa məsləhət gördü ki, Azərbaycana get, orda futbol inkişaf edib, Qazaxıstandan çox yaxşıdır.
- Bakıda olduğunuz müddət ərzində paytaxtımız haqqında hansı fikirdəsiniz?
- Əslində, "Eurovision” mahnı müsabiqəsi zamanı Bakını televizordan görmüşdüm. Ancaq bu dərəcədə gözəl olduğunu anlamamışdım. İndi sanki Dubaydayam. Mən bir neçə il əvvəl Birləşmiş Ərəb Əmirliklərində olmuşam. Ona görə də elə-belə müqayisə eləmirəm. Bir-iki kəlməylə belə deyərdim: kiçik Dubayda yaşayacam.
- Ümumiyyətlə, bura gələnə qədər Azərbaycan futbolu barədə məlumatınız var idi?
- Bəli, xəbərim var idi. Avroliqanın qrup mərhələsində "Partizan”ın "Neftçi” ilə oyunlarına baxmışam. Özü də Belqraddakı matçı stadiondan canlı izləmişəm. Saşa Stamenkoviçi də azdan-çoxdan tanıyıram. O da bir neçə dəfə bu barədə Serbiya mətbuatına danışıb. Müsahibələrində, açıqlamalarında deyib ki, Bakıda normal yaşamaq olar. Azərbaycanda futbol inkişaf edib. Bir sözlə, burda gözəl şərait var, oynamağa dəyər. Azərbaycan futbolu, çempionatı barədə az-çox məlumatım var idi.
- Dediniz ki, "Partizan” – "Neftçi” oyununu canlı izləmisiniz. Bu, necə oldu?
- "Partizan”da Vladimir Volkov adlı futbolçu var. O yaxın dostumdu. Onunla həm OFK-da, həm də "Şerif”də bir yerdə çıxış etmişik. Volkova zəng edib oyuna gəlməyimə yardım etməsini istədim. O da sağ olsun, sözümü yerə salmadı.
- Deyəsən, serb futbolçuların əksəriyyəti ilə bu və ya digər dərəcədə əlaqəniz, münasibətiniz var?
- Təbii ki, bəli. Ümumiyyətlə, həmkarlarımla söhbətə həmişə açığam. İmkan tapanda bütün tanışlarla zəngləşir, görüşürük.
- Bəs vaxtilə sizinlə bir komandada oynamış, ində isə bütün dünyada tanınan hansı futbolçular var?
- Branislav İvanoviç, Aleksandr Kolarov, Slobodan Raykoviçi göstərə bilərəm. Hamısıyla OFK-da çiyin-çiyinə çıxış etmişəm. Düzdür, İvanoviç mən əsas komandaya təzə-təzə dəvət alarkən Moskvaya getdi. Ancaq təlim-məşq toplanışlarında bir yerdə olurduq. Kolarov və Raykoviçlə isə eyni komandada meydana çıxmışam.

0
0