“Azərbaycan yığması 100 faiz Lüksemburqa qalib gələcək”
30.01.2013 - 14:57
“Azərbaycan millisinin cari seçmə mərhələdə rəqibi olan Lüksemburq yığması mənə yaxşı tanışdır. Biz ötən il onların meydanında yoldaşlıq görüşündə qalib gəldik. Fikrimcə, millimiz də Lüksemburqda buna nail ola biləcək”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında Gürcüstan milli komandasının futbolçusu Georgi Popxadze deyib. Cari mövsümdən ölkəmizə çıxış edərək, “Bakı”nın şərəfini qoruyan sol cinah müdafiəçisi Azərbaycan yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbətini rəqibini dəyərləndirib.
Belə ki, ötən ilin avqustun 15-də Lüksemburq yığması ilə səfərdə 2:1 hesabı ilə yoldaşlıq görüşündə start heyətində meydana çıxaraq, 60-cı dəqiqədə əvəzlənən Georgi millimizi rəqibdən üstün sayır: “Bilirəm ki, martın 22-də bu yığmanın qonağı olacaqsınız. Fikrimcə, Azərbaycan yığması yüz faiz qələbə qazanacaq. Bunda probleminiz olmamalıdır. Cari seçmə mərhələdə yaxşı çıxış edirsiniz. Düzdür, Lüksemburq yığmasında da 2-3 yaxşı futbolçu var. Ancaq güclü deyillər. Təsəvvür edin ki, futbolçumuz oyunun əvvəlində qırmızı vərəqə aldı və biz onlara 10 nəfərlə qalib gəldik”.
Popxadze öz yığmasını millimizlə müqayisə etməkdə çətinlik çəkib: “Çünki yığmanızın çox oyununu görməmişəm. Rusiya yığması ilə matça baxmışam ki, onda yaxşı təsir bağışladınız. Millinizin səviyyəli baş məşqçisi, çoxlu yaxşı futbolçusu var. Müdafiəniz inamlı oynayır. Gərək 1 yoldaşlıq görüşü keçirik ki, müqayisə apararaq qiymət verim”.
Cari seçmə mərhələdə mütəmadi milliyə çağırılan Georginin sözlərinə görə, baş məşqçisi Timuri Ketsbaya Albaniya yığması ilə qarşıdakı yoldaşlıq görüşündə də onu sərəncamında görmək istəyib: “Ancaq onunla söhbətimdə xahiş etdim ki, zədədən sonra klubunda əsas heyətdə möhkəmlənmək istədiyimdən, məni bu oyuna çağırmasın. Çünki fevralın 10-da çempionatda oyunumuz var və buna yaxşı hazırlaşmağımız lazımdır. Fevralın 6-da Albaniyada keçiriləcək matça getsəm, “Bakı”da məşq prosesindən kənarda qalacağam. Ondansa yoldaşlıq görüşünə mənim əvəzimə başqası çağırılsın”.
Müdafiəçi üçün Bakı “İnter”indən həmkarı İlya Kandelakinin yığmaya çağırılmağı gözlənilməz olmayıb: “Kandelaki yaxşı futbolçudur. Mənim kimi Avstriyada “Şturm”da oynayıb. Çağırılmağında problem yoxdur, rəqabət var. Ümumiyyətlə, millimizdə müdafiənin sol cinahında rəqabət böyükdür. Ora artıq 4 futbolçu namizəddir ki, 2-si Rusiyada oynayır. Ketsbaya yaxşı məşqçidir. Onun gəlişi ilə millimiz yaxşı oynayır. Mən də yaxşı oynasam, yüz faiz dəvət alacağam. Əks təqdirdə belə imkan qazanmayacağam”.
Mehman SÜLEYMANOV

0
0