Çinlilər Droqbanın “Qalatasaray”a qanunsuz keçdiyini iddia edir
30.01.2013 - 15:45
“Qalatasaray”ın yeni transferi Didye Droqba ilə bağlı anlaşılmaz vəziyyət yaranıb. Apasport.az saytının məlumatın görə, afrikalı hücumçunun son olaraq çıxış etdiyi Çinin “Şanxay Şenxua” klubu bu keçidi qanunsuz sayır.
Belə ki, çinlilər rəsmi saytında yaydığı bəyanatda Droqba ilə vəziyyəti anlaşılmaz sayaraq, bunu onunla müqaviləsinin olmağı ilə əlaqələndirib. Didye türkiyəlilərlə il yarımlıq anlaşıb. “Şanxay Şenxua” isə iddia edir ki, futbolçu ötən ilin yayında onlarla 2,5 illik müqavilə imzalayıb: “Biz xəbərdən ciddi təsirlənmişik. Başa düşürük ki, Droqba Avropa Çempionlar Liqasına düşmək istəyir. Ancaq bizim klubla Didye arasında ötən ilin iyulun 1-də 2,5 illik müqavilə imzalanıb. Biz bu razılaşmaya əsasən hərəkət edirik. Hazırda o, “Şanxay Şenxua”nın futbolçusu olaraq qalır. Bizim klub öz maraqlarını müdafiə etmək üçün FİFA-ya bütün lazımı sənədləri təqdim etməyə hazırdır”.

0
0