Mustafa Dabo: Menecerim məni aldatmışdı
30.01.2013 - 16:41
“Qəbələ”nin yeni futbolçusu Mustafa Dabonun apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Mingəçevirdəki toplanışda komandaya qoşulduz. Necə oldu ki, “Qəbələ”dən təklif aldız?
- Ceyhun adlı menecerim mənə zəng vurdu. Dedi ki, “Qəbələ”yə hücumçu lazımdır, Azərbaycana getməlisən. Fikirləşdim ki, gedim özümü yoxlayım. Orda hazırlıqlarda iştirak edərkən
- Adətən legioner futbolçular başqa kluba keçərkən həmyerlilərilə, ya da başqa tanış futbolçularla məsləhətləşir. Siz bu baxımdan kimin yardımına ehtiyac duyduz?
- Viktor Mendi də mənim kimi Seneqaldandır. Onu öncədən tanıyırdım və Viktorla “Qəbələ” haqda söhbət etmişdim. Həmçinin internet vasitəsilə öyrənmişdim ki, Yannik Kamanan da burda çıxış edir. Hər iki futbolçu Fransa vətəndaşıdır. Bu üzdən ünsiyyət zamanı çətinlik çəkmirəm. Mendi “Bucaspor”da çıxış edərkən bu komanda məni istəyirdi. Ancaq keçidim alınmamışdı.
- “Bucaspor”da baxışda olarkən bəyənilmədiz?
- Yox, sadəcə olaraq transferimdə razılıq əldə etmək mümkün olmadı.
- Yaxınlarda “İnter”in 2 futbolçusu – konqolu Brüs Abdulay ilə seneqallı İbrahima Niasse qaldığınız bu otelə gəlmişdi. Niasseni burda tanıdız, yoxsa onunla da öncədən tanışlığınız vardı?
- Yox, onu da əvvəlcədən tanıyırdım. O də mənim kimi İsveçrə çempionatında çıxış edib. İbrahima “Ksamaks”da çıxış edəndə çox üz-üzə gəlmişik.
- Mendi ilə məsləhətləşərkən sizə “Qəbələ” haqda nə dedi?
- Viktor mənə söylədi ki, “Qəbələ” yaxşı komandadır. Dedi ki, mövsüm yeni başlayanda nəticələrimiz zəif idi. Ancaq yeni baş məşqçinin gəlişindən sonra toparlanıb xallar yığmağa başladıqlarını diqqətimə çatdırdı.
- “İnqolştadt 04”lə yoxlama oyununda çıxış etdiz. Ancaq sonrakı matçlarda zədəyə görə oynamadız. Necə oldu ki, zədələndiz?
- Bu, zədə deyil. Sadəcə, əzələmi dartmışdım. Türkiyəli həkimimiz Ərdoğan oynamağımı məsləhət görmədi. Çünki oynasaydım, dartılma bir az da genişlənə bilərdi. Bu səbəbdən oyunlara çıxmağıma icazə verilmirdi. Bu isə hazırlıq mərhələsi zamanı hər bir futbolçunun başına gələ bilər. Normal haldır.
- “Styaua” ilə yoxlama oyununuz var. Bu matçda çıxış edəcəksiz? Həkimlər oynamağa icazə verir?
- Bəli, oynamağa hazıram. Ancaq bu, baş məşqçidən asılı olacaq. O, oynamağımı istəsə, mən buna hazıram.
- Karyeranıza baxanda az qol vurduğunuzu görürük. Bu çıxış etdiyiniz İsveçrə çempionatının güclü, müdafiəçilərinin daha çevik olması ilə bağlıdır?
- Səbəb odur ki, mən sırf hücumda oynadılmamışam. Hər məşqçi məni hücumun istənilən nöqtələrində sınayıb. Hücum xəttinin solunda, sağında və mərkəzində çıxış etmişəm. Bu üzdən qoldan çox ötürmələr etmişəm.
- Yeri gəlmişkən, son 6 ayı “İnter”də keçirmiş Haynts Barmettleri tanıyırsızmı?
- Əlbəttə. O, “Sürix”də çıxış edib. Azərbaycanda oynadığını bilirdim. Onu yaxşı tanıyıram.
- Ötən yay “Arau”dan Yürmala “Spartak”ına keçdiz. Güclü İsveçrə çempionatını zəif Latviya birinciliyinə dəyişməyiniz nə ilə bağlıdır?
- İsveçrəli menecerim məni bu məsələdə aldatmışdı. O, mənə Latviyaya getsəm, karyeram üçün yaxşı olacağını bildirmişdi. Daha doğrusu, o məni Rusiyanın “Spartak” klubunun istədiyini bildirmişdi. Ancaq keçəndə bəlli oldu ki, mən Rusiyaya yox, Latviyaya gəlmişəm. Hazırda həmin acı xatirələri unutmaq istəyirəm.
- Orda 6 ay ərzində cəmi 4 oyun keçirdiz. Soyuq Latviya həyatına uyğunlaşa bilmədiz, yoxsa...?
- Bu haqda çox danışmaq istəmirəm. Oranın həyatına uyğunlaşa bilmədim. Çünki “Spartak” peşəkar klubdan çox həvəskar təsiri bağışlayırdı.
- Çox adam “Qəbələ” haqda danışarkən Toni Adams yada düşür. Siz tanınmış ingilis futbolçunun bu komandanı çalışdırdığını bilirdiz?
- Açığı, bu adı tanısam da, onun “Qəbələ”ni çalışdırdığını bilmirdim.
- Seneqal yığmasına çağırılmasanız da, nə vaxtsa aşağı yaş qruplarından ibarət millilərdə çıxış etmisiz?
- Bəli, U-21-in heyətində Pekin Olimpiya Oyunlarının seçmə mərhələsində çıxış etmişəm.
- “Qəbələ”də fərdi baxımdan məqsədiniz nə olacaq?
- Əlbəttə ki, bombardir olmaq istərdim. Məhz bunun üçün bura gəlmişəm. Çalışacam ki, buna nail olum. Məlum məsələdir ki, bura gəlmişəmsə, əlimdən gələnin ən yaxşısını komanda üçün etməyə çalışacam.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0