Emin İmaməliyev: “Qarabağ”a qayıdıram
30.01.2013 - 17:37
“Qəbələ”nin düşərgəsini daha bir futbolçu tərk edib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, baxışda olan Emin İmaməliyevin fiziki durumu “Qəbələ”nin məşqçilər heyətinin xoşuna gəlməyib.
Bu üzdən təcrübəli yarımmüdafiəçinin göndərilməsinə qərar verilib. İmaməliyev bu dəqiqələrdə Antalya hava limanına yola düşüb. O, Antalya – İstanbul – Bakı reysiylə ölkəmizə qayıdacaq.
Futbolçunuz bizə verdiyi açıqlamaya görə, Mingəçevirdə komanda ilə birgə hazırlıqlarda iştirak etməməsi onu geri salıb və o, indi müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıdacaq.
Səbuhi TOFİQOĞLU
ANTALYA

0
0