“Qəbələ” – “Styaua” oyunu canlı göstəriləcək
30.01.2013 - 18:07
“Qəbələ” – “Styaua” oyunu canlı göstəriləcək
“Qəbələ” – “Styaua” oyunu Rumıniyada canlı göstəriləcək. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, yanvarın 27-dən Türkiyəyə gəlib “Calista Luxury Resort” otelində qalan Buxarest təmsilçisinin ilk matçı Rumıniyada da izlənəcək.

Oyunu Rumıniyanın internet-telekanalı olan Digi Sport canlı verəcək. Bundan başqa, bu telekanal “Styaua”nın Türkiyədə keçirəcəyi “Şturm”, Moskva “Dinamo”su, “Mlada Boleslav”, “Slovan” və “Yablonets”lə yoxlama oyunlarını da canlı şəkildə göstərmək niyyətindədir.

Qeyd edək ki, “Qəbələ” –“Styaua” oyunu yerli vaxtla saat 19:30-da başlayacaq. Qarşılaşma “Styaua”nın məşq etdiyi Kalista İdman Kompleksində baş tutacaq.

Səbuhi TOFİQOĞLU
ANTALYA