Yığmanın ispaniyalı baş məşqçisindən azərbaycanlı mütəxəssisin işinə qiymət
30.01.2013 - 18:25
Azərbaycan milli komandasının sabiq məşqçisi Faiq Əzizovun Səudiyyə Ərəbistanında işi yüksək qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, cari mövsümdən “Al-Tawoon” klubunda qapıçılarla işləyən həmyerlimizin hazırladığı Əl-Thunayyan Fahad əsas yığmaya çağırılıb. Məhz Əzizovun gəlişindən sonra bu komandadan qapıçı milliyə dəvət olunub. Bunu isə hollandiyalı Frank Raykaardın qovulmasından Səudiyyə Ərəbistan yığmasının baş məşqçisi postuna gətirilən ispaniyalı Xuan Ramos Lopes Kapo edib.
Məşqçimizin işini “Al-Tawoon”un prezidenti Əl-Qasım Mohamad da yüksək qiymətləndirib. Əzizovla görüşündə bunu çalışdırıcının diqqətinə çatdıran prezident məhz onun komandadan milliyə qapıçı çağırılmasına əsas töhfə verdiyini bildirib.

0
0