Millimizin Dubaydakı oyunlarının hakimlərinin adları açıqlandı
30.01.2013 - 18:30
Millimizin Dubaydakı oyunlarının hakimlərinin adları açıqlandı
Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşlərini idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Hər iki oyunu yer ölkəni təmsil edən təmsil edən FIFA referiləri idarə edəcəklər. Millimiz Özbəkisatnla fevralın 1-də, Lixtenşteynlə 6-da üzləşəcək.


Azərbaycan - Özbəkistan
Baş hakim: Əmmar Əl Cunabi
Baş hakimin köməkçiləri: Əhməd Əl Şəmsi, Məhəmməd Əhməd Yusif
Dördüncü hakim: Abdulla Əl Ajel

Azərbaycan - Lixtenşteyn
Baş hakim: Abdulla Əl Ajel
Baş hakimin köməkçiləri: Həsən Sukatri, Yasim Abdulla
Dördüncü hakim: Hamed Əl Şaik

Mənbə: affa.az