“Xəzər Lənkəran”a gələn var
30.01.2013 - 21:48
“Xəzər Lənkəran”a gələn var
Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın düşərgəsinə daha bir futbolçu qoşulub. Apasport.az saytının xəbərinə görə, "ağ-yaşıllar"ın transfer edəcəyi gözlənilən Toni Doblas günorta saatlarında cənub təmsilçisinin məskunlaşdığı otelə gəlib.

İspaniyalı qapıçı "Xəzər Lənkəran"ın "Zimbru" ilə yoxlama matçını (2:1) izləməsə də, sabahdan məşqlərə başlayacaq.