"Sumqayıt"ın əvəzediciləri AZAL-la qarşılaşacaq
30.01.2013 - 22:12
"Sumqayıt"ın əvəzediciləri AZAL-la qarşılaşacaq
Çempionatın ikinci mərhələsinə hazırlaşan "Sumqayıt"ın əvəzediciləri hazırlığını Masazır qəsəbəsində yerləşən "Əlincə" stadionunda davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, hazırlıq məqsədi ilə Vaqif Paşayevin komandası sabah AZAL-ın əvəzediciləri ilə növbəti yoxlama oyununa çıxacaq. “AZAL Arena”da baş tutacaq yoxlama oyunu saat 11:30-da start götürəcək.