“Onsuz da “Qalatasaray”da bütün sənədlər var”
30.01.2013 - 22:58
“Onsuz da “Qalatasaray”da bütün sənədlər var”
“Şanxay Şenxua” nə deyirsə-desin, hara müraciət edirsə-etsin heç bir nəticə verməyəcək. Çünki “Qalatasaray” Droqbanın transferini rəsmi şəkildə həll edib. Futbolçunun Çin klubu ilə yanvarın 16-sına qədər bir müqaviləsi var idi və “Şanxay Şenxua” onun pulunu 3 aydır ödəməyir. Didye də “Cim-Bom”un təklifini dəyərləndirərək, klubu ilə müqaviləsini ləğv etdi. Onsuz da “Qalatasaray”ın əlində bütün sənədlər var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fil Dişi Sahili milli komandasının hücumçusunun İstanbul klubuna keçidində böyük rol oynayan FİFA meneceri Ceylan Çalışkan deyib.

O, Didye Droqbanın “Qalatasaray”a transferinin qanunsuz sayan və FİFA-ya müraciət edəcəklərini açıqlayan Çinin “Şanxay Şenxua” klubu rəhbərliyinin heç nəyə nail ola bilməyəcəyini bildirib. Çalışkan 3 həftəlik kiçik bir proseduranın olduğunu və o müddətin də gözləniləcəyini vurğulayıb:

“Qalatasaray” Droqba müqaviləsini ləğv etdikdən sonra hərəkətə keçdi və transferi yekunlaşdırdı. Oyunçunun müqaviləsində bir maddə var idi və bu maddə də iqtisadi öhdəçilikdən qaynaqlanırdı. İndi 3 həftəlik kiçik bir prosedura var, o müddət də gözləniləcək. Onun xaricində ən kiçik bir problem belə yoxdur”

Qeyd edək ki, “Şanxay Şenxua” rəhbərliyi iddia edir ki, futbolçu ötən ilin yayında onlarla 2,5 illik müqavilə imzalayıb.