“El-Klassiko”da heyətlər müəyyənləşdi
30.01.2013 - 23:51
“El-Klassiko”da heyətlər müəyyənləşdi
İspaniyanın “Real” və “Barselona” komandaları bu gecə futbol üzrə İspaniya Kubokunda üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək ilk yarımfinal qarşılaşmasında artıq heyətlər müəyyənləşib.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

“Real”: Lopez, Essyen, Carvalyo, Varan, Arbeloa; Alonso, Kedira; Özil, Kalehon, Ronaldo, Benzema.

“Barselona”: Pinto, Alves, Pike, Puyol, Xordi Alba, Busqets, Xavi, Fabreqas, Pedro, Messi , İniyesta.