DÇ-2014-ün rəsmi posteri təqdim edildi
31.01.2013 - 00:15
Braziliyada keçiriləcək DÇ-2014-ə 500 gündən az bir müddət qalıb. Apasport.az saytının məlumatına görə, sözügedən ölkə artıq turnirin rəsmi posteri və afişasını hazırlayıb və hər kəsə təqdim edib.
Braziliyanın xəritədəki görünüşündən ilhamlanaraq hazırlanan afişanın təqdimetmə mərasiminə əfsanəvi futbolçular Bebeto, Ronaldo və FIFA-nın baş katibi də qatılıb.
Qeyd edək ki, iki gün əvvəl təşkil edilməsi gözlənilən təqdimat mərasimi isə Braziliyada yaşanan və 230 adamın ölümü ilə nəticələnən fəlakət səbəbi ilə təxirə salınmışdı.

0
0