"Simurq" Antalyada son məşqlərinə çıxıb
31.01.2013 - 01:22
Yanvarın 11-dən Antalyada təlim-məşq toplanışında olan "Simurq", artıq hazırlıqları tamamlamaq üzrədir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komanda dünən Bələkdə son məşqlərinə çıxıb. İki saata yaxın davam edən səhər hazırlığında uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra “sarı-qaralar”, fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında tapşırıqları yerinə yetirib.
Daha sonra taktiki çalışmalar üzərində işlənilib. Müxtəlif məsafələrdən qapıya zərbələr yerinə yetirilib. Məşqin sonunda isə 4 qrupa bölünən Georgi Çixradzenin yetirmələri iki tərəfli futbol oynayıb. Axşam məşqində isə Zaqatala təmsilçisi isinmə hərəkətlərindən sonra iki komandaya bölünərək əl topu oynayıb. Bundan sonra müxtəlif qruplara bölünərək "kvadrat" və standart vəziyyətlərdən qapıya zərbələri məşq edilib.
“Sarı-qaralar”ın düşərgəsində hazırda baxışda iki futbolçu var. Şəxsi işləri ilə bağlı ölkəsinə gedib, qayıdan xorvatiyalı hücumçu Tomislav Buşiç yenidən komanda ilə məşqlərə qoşulub. Onunla yanaşı, axşam hazırlığında sarı-qaraların düşərgəsinə baxış üçün yeni bir legioner təşrif buyurub. Bu bosniyalı yarımmüdafiəçi Kiso Nenaddır. Onlar haqqında son qərar bu gün yoldaşlıq görüşündən sonra veriləcək.
Qeyd edək ki, "Simurq" Antalyadakı son yoxlama matçı Bakı vaxtı ilə 19:00-da start götürəcək. Komandanın rəqibi Rumıniyanın "Petrolul" kollektivi olacaq. Hazırda milli komandanın düşərgəsində olan kapitan Rasim Ramaldanov və İlkin Qırtımov bu görüşdə forma geyinə bilməyəcək. Oyundan sonra "Simurq" qış təlim-məşq toplanışını başa vuraraq, gece saatlarında ölkəmizə yola düşəcək.

0
0