Fil Dişi Sahili ilə Toqo növbəti mərhələdə
31.01.2013 - 02:53
Fil Dişi Sahili ilə Toqo növbəti mərhələdə
Afrika Millətlər Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin 12-ci oyun günündə D qrupu çərçivəsində son iki matç baş tutub.

Əlcəzair millisi qrup lideri Fil Dişi Sahili yığması ilə qarşılaşıb. Görüşdə azarkeşlər 4 qola şahidlik edib. Hərəyə 2 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb – 2:2.

Günün digər matçında isə Toqo ilə Tunis münasibətlərinə aydınlıq gətirib. Bu matçda da qalib müəyyənləşməyib – 1:1.

Beləliklə, Fil Dişi Sahili ilə Toqo pley-offa vəsiqə qazanıb.


Afrika Millətlər Kuboku

D qrupu

29 yanvar

Əlcəzair – Fil Dişi Sahili 2:2
Fequli, 64-pen, Sudani, 71 – Droqba, 77, Vilfred, 80

Toqo – Tunis 1:1
Qakpe, 13 – Mouelhi, 30-pen