“Düzünü desəm, hələ oynaya biləcəyimi düşünürdüm”
31.01.2013 - 03:21
“Düzünü desəm, hələ oynaya biləcəyimi düşünürdüm”
"Kəpəz"in kapitanı Azər Məmmədovun futbolçu karyerasını başa vurduğu haqda xəbər vermişdik. Apasport.az-ın məlumatına görə, 36 yaşında yaşıl meydanlara əlvida deyən müdafiəçi klubun saytına açıqlamasında verdiyi qərardan danışıb: “Futbolçu həyatı elə də uzun deyil. Hər bir şeyin sonu olduğu kimi futbolçu karyerasının da sonu var. Bir müddət oynadıqdan sonra başını qaldırıb görürsən ki, getmək vaxtıdır. Düşündüm və bu addımı atdım. Karyeramı bitirmək qərarına gəldim. Düzünü desəm, hələ oynaya biləcəyimi düşünürdüm. Amma getməyi qətiləşdirdim".

Futbolçu həyatı ilə vidalaşsa da, Azər Məmmədov "Kəpəz"i tərk etməyib. O, Gəncə təmsilçisində qalaraq, məşqçiliyə başlayıb: "Klub rəhbərliyi mənə məşqçi işləməyi təklif etdi. Futbolu sevirəm və karyeramı bitirdikdən sonra da bu sahədə çalışmağı istəyirdim. Belə də dəvəti qəbul etdim. Artıq işimin başındayam. Əvəzedicilərlə çalışıram. Bu işə qol qoymuşamsa, çalışacağam ki, uğur qazanım".