Runi komandasını sevindirdi
31.01.2013 - 03:52
Runi komandasını sevindirdi
İngiltərə Premyer Liqasında 24-cü turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun sonuncu matç günündə altı qarşılaşma reallaşıb.

Doğma publika önündə “Liverpul”u qəbul edən “Arsenal” rəqibini məğlub edə bilməyib. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Səfərdə “Ridinq”lə üz-üzə gələn “Çelsi”də xal ikisi ilə üzləşib. Hesabda 2 top fərqi ilə geri olan meydan sahibləri “zadəganlar”ı matçın sonuna 3 dəqiqə qalmış ard-arda cəzalandırıb – 2:2.

Çempionluğa iddialı komandalardan yalnız “Mançester Yunayted” turu qələbə ilə başa vurub. Evində “Sauthempton”u qonaq edən “qırmızı şeytanlar” inamlı qələbə qazanıb. İlk hissədə Runinin vurduğu 2 qol “Mançester Yunayted”ə 3 xal qazandırıb – 2:1.

Beləliklə, bu qələbədən sonra “Mançester Yunayted” xalını 59-a çıxararaq turnir cədvəlində vahid liderliyini davam etdirir.


İngiltərə Premyer Liqası

24-cü tur

29 yanvar

“Aston Villa” – “Nyukasl” - 1:2
Benteke, 49 – Sisse, 19, Kabaye, 31

KPR – “Mançester Siti” - 0:0

“Stok Siti” – “Viqan” - 2:2
Şoukross, 23, Krauç, 48- Makartur, 50, Santo, 61

“Sanderlend” – “Suonsi” - 0:0

30 yanvar

“Arsenal” – “Liverpul” 2:2
Jiru, 65, Uolkot, 67 - Suares, 5, Henderson, 60

“Everton” – “Vest Bromviç” 2:1
Baynes, 29; 45-pen - Lonq, 65

“Norviç” – “Tottenhem” 1:1
Hoolahan, 33 - Beyl, 80

“Fulhem” – “Vest Hem” 3:1
Berbatov, 10, Rodalleqa, 49, Obrayn, 90-öz qapısına - Nolan, 48

“Mançester Yunayted” – “Sauthempton” 2:1
Runi, 8; 27 - Rodriqes, 3

“Ridinq” – “Çelsi” 2:2
Fondre, 87; 90 - Mata, 45, Lampard, 66