Rolando A seriyasında
31.01.2013 - 22:43
Rolando A seriyasında
“Napoli” heyətini “Portu”nun müdafiəçisi Rolando ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, bir çox klubların maraq dairəsində olan 27 yaşlı portuqaliyalı futbolçu mövsümün sonuna qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq.

“Napoli”də icarə əsasında çıxış edəcək Rolando bu klubdan 2 milyon avro alacaq.

Qeyd edək ki, 2008-ci ildən “Portu”da forma geyinən müdafiəçi 110 dəfə bu komandanın heyətində meydana çıxıb. O, rəqib qapılarından isə 7 top keçirib.