"Atletiko" rəhbərliyi ilə görüş
31.01.2013 - 23:07
Bu gün Azərbaycan Respublikası İdman və Gənclər naziri Azad Rəhimov və "Bakı"nın prezidenti Hafiz Məmmədov "Atletiko" rəhbərliyi ilə görüşüblər. Apasport.az saytının məlumatına görə, Madrid klubun “Visente Kalderon” stadionunda yerləşən ofisini ziyarət edən qonaqlar "Atletiko" idarə heyətinin sədri Migel Angel Hil Marin və klub idarəçilərinin müşayəti ilə stadionu gəziblər.
Möhtəşəm infrastrukturu ilə seçilən arenalardan biri sayılan bu stadionunun quruluşu və texniki göstəriciləri ilə maraqlanan "Bakı" prezidenti ardından məşqə çıxan "Atletiko" futbolçuları ilə görüşüb.
Bu gün axşam İspaniya kuboku uğrunda yarımfinal qarşılaşmasının ilk oyununa çıxacaq "Atletiko"lu oyunçularla söhbətləşən Hafiz Məmmədov məsuliyyətli oyun öncəsi klubun məşqçi heyəti və futbolçularına uğurlar arzulayıb. Komandanın muzeyi ilə tanış olan Hafiz Məmmədov 100 ildən artıq tarixi olan "Atletiko"nun qazandığı trofeylər və tarixi eksponatlarla yaxından maraqlanıb.
Mənbə: fcbaku.com

0
0