“İnter” xorvatiyalı gənc futbolçu ilə anlaşdı
31.01.2013 - 23:35
Uesli Sneyder və Filippe Koutino kimi yarımmüdafiəçilərini qış transfer dövrəsində komandadan göndərən “İnter” heyətini Xorvatiyanın yeni istedadlı futbolçularından biri ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, bir müddətdir axtarışlarını davam etdirən İtaliya klubu Zaqreb “Dinamo”sunun “yeni Modriç”i olaraq göstərilən Mateo Kovaçiçi transfer edib.
Milan təmsilçisi bu transfer üçün xorvatiyalılara 15 milyon avro təzminat haqqı ödəyib.
Qeyd edək ki, 18 yaşlı futbolçu bu mövsüm Zaqreb “Dinamo”sunun heyətində Çempionlar Liqası və Xorvatiya çempionatında cəmi 19 matça meydana çıxıb və 1 qola, 4 ötürməyə imza atıb.

0
0