“Malaqa” növbəti transferini rəsmiləşdirdi
01.02.2013 - 01:02
“Malaqa” növbəti transferini rəsmiləşdirdi
Çempionlar Liqasının 1/8 final mərhələsində “Portu” ilə qarşılaşacaq “Malaqa” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, daha öncə “Çelsi”dən Lukas Piazon və PSJ-dən Dieqo Luqanonu transfer edən İspaniya klubu bu dəfə Pedro Moraleslə anlaşıb.

Son olaraq Zaqreb “Dinamo”sunun şərəfini qoruyan çilili yarımmüdafiəçi mövsümün sonuna qədər “Malaqa”da çıxış edəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu Xorvatiya təmsilçisində 60 matçda meydana çıxıb və 24 qola imza atıb. Çili milli komandasında isə Pedro 14 oyunda forma geyinib və rəqib qapılarından 3 top keçirib.