“Əskişəhərspor” son dəqiqədə sevindi
01.02.2013 - 02:52
“Əskişəhərspor” son dəqiqədə sevindi
Türkiyə kubokunda qrup mərhələsinin beşinci turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, üçüncü matç günündə B qrupu çərçivəsində bir görüş baş tutub.

“Əskişəhərspor” evində “Trabzonspor”la qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Qara dəniz təmsilçisi ölkə kubokunda ilk dəfə məğlubiyyət acısı yaşayıb.

Qeyd edək ki, Türkiyə kubokunun qrup mərhələsinin altıncı turunda "Fənərbaxça" - "1461 Trabzon"la, "Bursaspor" - "Sivasspor"la, “Trabzonspor” - “Antalyaspor” la və “Mersin İdmanyurdu” - “Əskişəhərspor”la üz-üzə gələcək.

Türkiyə kuboku

A qrupu

29 yanvar

“1461 Trabzon” – “Bursaspor” – 0:0

30 yanvar

“Sivasspor” – “Fənərbaxça” 0:0

B qrupu

“Antalyaspor” – “Mersin İdmanyurdu” 4:2
Diarra, 1; 5, Bassan, 39, Arslan, 39 – Əsər, 75, Ozukvo, 90

31 yanvar

“Əskişəhərspor” – “Trabzonspor” 1:0
Çek, 90