İlk sınaqdan “Atletiko” qalib ayrıldı
01.02.2013 - 03:58
İlk sınaqdan “Atletiko” qalib ayrıldı
İspaniya Kral kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin sonuncu matç günündə bir qarşılaşma baş tutub.

Doğma publika önündə “Sevilya”nı qəbul edən “Atletiko” inamlı qələbə qazanıb. Fasiləyə qədər hesabı aça bilməyən Madrid klubu, istəyinə ikinci yarının əvvəlində nail olub. Lakin çox çəkməyib ki, qonaqlar hesaba tarazlıq gətirib. Buna baxmayaraq gecənin qəhrəmanlarından olan Kosta matçda komandasının qələbə qolunu vurub – 2:1.

Qeyd edək ki, ötən gecə “Real” - “Barselona” qarşılaşması 1:1 hesablı sülhlə başa çatıb.


İspaniya Kral kuboku

Yarımfinal (ilk oyun)

30 yanvar

“Real” – “Barselona” - 1:1
Varan, 81 – Fabreqas, 50

31 yanvar

“Atletiko” – “Sevilya” 2:1
Kosta, 49-pen, 71-pen – Neqredo, 56