Əmrə İstanbula qayıtdı
01.02.2013 - 04:54
Əmrə İstanbula qayıtdı
Xəbər verdiyimiz ki, “Fənərbaxça” “Atletiko”da forma geyinən sabiq futbolçusu Əmrə Bölezoğlunu yenidən heyətinə qaytarıb. Apasport.az saytının məlumatına görə, yayda komandanı tərk edərək Madrid klubuna keçən Türkiyə millisinin yarımmüdafiəçisi yenidən “sarı-bülbüllər”lə müqavilə imzalayıb.

2,5 il “Fənərbaxça”nın heyətində çıxış edəcək Əmrə, istanbullulardan 2012-2013-cü il mövsümünün qalan hissəsi üçün 1.2, 2013-2014 və 2014-2015-ci il mövsümləri üçün 2 milyon və hər oyuna görə isə 20 min avro məvacib alacaq.

Artıq futbolçu Madriddən Türkiyəyə qayıdıb. Hava limanında onu bir qrup “sarı-bülbüllər”in azarkeşləri qarşılayıb.

Qeyd edək ki, "Fənərbaxça"nın rəsmi saytı digər sabiq futbolçusu Reto Ziqlerlə də yenidən anlaşdığını açıqlayıb. Lakin hələ transfer rəsmiləşməyib.