“Tottenhem”ə Braziliya klubundan rədd cavabı
01.02.2013 - 06:27
Qış transfer dövrəsinin sön günündə hücum xəttini Leandro Damiao ilə gücləndirməyi planlaşdıran “Tottenhem”in istəyi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, London klubunun baş məşqçisi Andre Villaş-Boaşın sərəncamında görmək istədiyi 23 yaşlı futbolçunun komandası “İnternasional” ingilislərin 20 milyon avroluq təklifini rədd edib.
Braziliya klubunun baş məşqçisi Marselo Medeyros mövzu ilə əlaqədar bunları deyib: “Leandro Damiaonu heç bir yerə buraxmayacağıq. Çünki göndərilən təklif bizim istədiyimiz məbləğdən azdır. Damiao müqaviləsi çərçivəsində bizimlə birgə olmağa davam edəcək”

0
0