“Qarabağ”ın 2-ci qələbəsi - YENILƏNİB
01.02.2013 - 18:56
“Qarabağ”ın 2-ci qələbəsi - YENILƏNİB
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıq prosesi çərçivəsində bu gün beşinci yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Rusiya “Ural”ı (3:2), Ukrayna “Hoverla”sı (1:2), Litva “Ekranas”ı (1:3), Makedoniya “Turnovo”su (0:0) ardınca Gürcüstan “Zestafoni”si ilə üz-üzə gəlib.

Bələkdə “İC Santai”nin futbol meydançasında Bakı vaxtı ilə saat 17:00-da başlayan ağdamlıların Antalyada 2-ci qələbəsi ilə yekunlaşıb. Komanda hər 2 qolu fasilədən sonra vura bilib.

Qeyd edək ki, Azərbaycanın digər klubu “Neftçi” ötən ilin yayında Çempionlar Liqasının II təsnifat mərhələsində “Zestafoni” ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən ilk oyununda “ağ-qaralar” Gürcüstan klubunu 3:0 hesabı ilə məğlub etmişdir. Cavab matçında isə təmsilçimiz səfərdən 2:2 hesablı bərabərliklə ayrılaraq növbəti mərhələ keçmişdir.


“QARABAG” (AZƏRBAYCAN) – “ZESTAFONİ” (GÜRCÜSTAN) - 2:0
QOLLAR: Bleda, 50; Muarem, 75